İspaniya nəhəngi hücum xəttini gücləndirmək üçün ölkə daxilindən yeni bir namizəd müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, "Barselona", "Deportivo La Korunya"nın 23 yaşlı sol cinah hücumçusu Yeremay Hernandezi yaxından izləyir.
Qeyd edək ki, gənc oyunçu keçən yay klubu ilə müqaviləsini 2030-cu ilə qədər uzadıb və həmin sözləşmədə 40 milyon avroluq sərbəstqalma bəndi yer alıb. Kataloniya təmsilçisinin bu məbləği ödəyərək gənc ispaniyalını heyətinə qatıb-qatmayacağı futbol dünyasında böyük maraqla gözlənilir.
23 yaşlı hücumçunun performansı "Barsa" skautları tərəfindən müntəzəm olaraq təhlil edilir.