AZ

Pul bağlamaları payladı, qəbul etmədilər - VİDEO

Amerikalı məşhur yutuber "MrBeast" (Cimmy Donaldson) növbəti qeyri-adi videosu ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Ölkə.Az-ın məlumatına görə, o, ABŞ-də yolda hərəkətdə olan avtomobilləri saxlayaraq sürücülərə pul bağlamaları paylayıb. Maraqlı məqam isə bəzi sürücülərin pulu qəbul etməməsi olub. Hətta elə şəxslər də olub ki, pulu görən kimi avtomobilin pəncərələrini bağlayaraq yoluna davam ediblər.

Bununla yanaşı, sürücülərin bir qismi isə pulu sevinclə qəbul edib və "MrBeast"ə təşəkkürünü bildirib. 

Videoya diqqətlə baxıldıqda aydın olur ki, paylanan pullar bağlama şəklində təqdim edilsə də, onların böyük hissəsi 1 dollarlıq əsginaslardan ibarət olub.

Qeyd edək ki, "MrBeast" bu tip sosial eksperimentləri ilə tez-tez insanların reaksiyasını ölçür və videoları milyonlarla baxış toplayır. Sözügedən video da qısa müddətdə sosial mediada geniş marağa səbəb olub.

Seçilən
74
1
olke.az

2Mənbələr