AZ

İran Prezidenti keçmiş naziri Mərkəzi Bankının sədri təyin edib

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian keçmiş iqtisadiyyat və maliyyə naziri Abdolnasser Hemmatinin Mərkəzi Bankının yeni sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə fərman İran prezidentinin saytında yerləşdirilib.

Sərəncamda deyilir: "İqtisadi artımın dəstəklənməsi, milli valyutanın dəyərinin qorunub saxlanılması və artırılması, sosial ədalətə nail olmaq üçün valyuta bazarının təşkilinə və idarə olunmasına, balanssızlıqların aradan qaldırılmasına, likvidlik artımına nəzarətə xüsusi və maksimum diqqət yetirməyinizi gözləyirəm".

Hemmati beş il müddətinə İran Mərkəzi Bankının rəhbəri təyin edilib. (Report)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
3
bakivaxti.az

4Mənbələr