Benzin və dizel yanacağında müşahidə olunan qiymət artımı taksi tariflərinə də təsir edə bilər.
Bizim.Media xəbər verir ki, mütəxəssislər hesab edir ki, ümumi olaraq yanacaq qiymətində dəyişiklik əksər sahələrdə qiymətlərə paralel artım təsiri göstərir.
Yanacağın qiymətində dəyişiklik az olsa da, təsir edəcəyi sahələrdə də qiymət artımı qaçılmazdır.
Ekspert bildirib ki, yanacaq qiymətindəki artım daşıyı şirkətlərdəki gediş haqqı qiymətinə bir başa təsir edəcək. Lakin, qiymət artımı ilk olaraq taksilərdə müşahidə oluna bilər ki, bunun da əsasən səbəbi taksi xidmətinin özəl daşıyıcı şirkətlər tərəfindən göstərilməsidir.
Məsələ ilə əlaqədar taksi şirkətləri ilə əlaqə saxladıq. “Bolt” daşıyıcı şirkətindən bildirildi ki, artımla bağlı hazırda dəqiq qərar və ya məlumat yoxdur. "Uber"dən isə müvafiq təhlillər aparıldıqdan sonra tariflərdə qiymət artımının olub olmayacağı ilə bağlı qərar veriləcək,- deyə qeyd olundu.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media