AZ

Vəziyyəti ağırlaşan Kadırov Moskvada xəstəxanaya yerləşdirildi

Dekabrın 25-i səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilən Çeçenistanın rəhbəri Ramzan Kadırovun anidən vəziyyəti pisləşib.

Bizim.Media xəbər verir ki, Kadırov təcili şəkildə Rusiya Federasiyası Prezidentinin İşlər İdarəsinə məxsus klinik xəstəxanaya hospitalizasiya olunub.

Nəşrin məlumatına görə, Kadırovun səhhəti ilin əvvəlində baş vermiş sinir sistemi narahatlıqlarından sonra getdikcə pisləşir.

O, bu yaxınlarda dörd dəfə məzuniyyət götürdüyünü etiraf edib, həmçinin vaxtaşırı özünü pis hiss etdiyini təsdiqləyib.

Bizim.Media

Seçilən
50
bizim.media

1Mənbələr