Alkoqolun sağlamlıq üçün təhlükəsiz dozasının olub-olmaması Avropada hələ də mübahisə mövzusudur.
Bizim.Media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, alkoqolun heç bir miqdarı təhlükəsiz deyil və o, birinci qrup kanserogenlər sırasına daxildir.
Məlumata görə, Avropa İttifaqı dünyada adambaşına ən çox alkoqol istehlak edilən regiondur və burada xərçəng əsas ölüm səbəblərindən biridir.
2023-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdə orta illik alkoqol istehlakı 8,5 litr təmiz spirt təşkil edib. Latviya, Portuqaliya və Rumıniyada bu göstərici 11,5 litrdən çox olub. Bununla belə, bəzi elmi dairələr az miqdarda alkoqolun ürək-damar xəstəlikləri riskini azaltmadığını, lakin ümumi sağlamlıq üçün faydasının sübut olunmadığını bildirir.
Avropa ölkələrinin tövsiyələri isə fərqlidir. İrlandiyada qadınlar üçün həftədə 11, kişilər üçün 17 qram standart porsiya limiti müəyyən edilib. İspaniya daha sərt yanaşaraq qadınlara gündə 10 qramdan artıq alkoqol qəbul etməməyi tövsiyə edir. Latviya və Litva isə tam imtinanı məsləhət görür. (saglamolun.az)
Bizim.Media