GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski barədə qapalı görüşlərdə tez-tez təhqiramiz ifadələr işlədib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Nəşrin iddiasına əsasən, Tramp ilk Prezidentlik dövründə ABŞ-daki seçkilərə müdaxilə məsələsində Rusiyanı deyil, Ukraynanı məsuliyyətli sayıb.
O, eyni zamanda Co Bayden və ailəsi ilə bağlı aparılan araşdırma çərçivəsində Kiyevdən dəstək istəməyə çalışıb. Bu addım sonradan Trampa qarşı ilk impiçment prosesinin başlanmasına səbəb olub.
Ağ Evdə çalışan köməkçilərin NYT-yə verdiyi məlumata görə, Tramp görüşlər zamanı Zelenski haqqında “o, əclafdır” ifadəsini dəfələrlə səsləndirib.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.