AZ

Yeni ili belə qarşılayanlar pulsuz qalacaq

Yeni il ərəfəsində hər birimiz şüuraltı olaraq daha yaxşı dəyişikliklərə, xüsusilə də maddi rifahın artmasına ümid edirik. Xalq inancları təkcə xurafat deyil, nəsillər boyu formalaşmış və bolluq enerjisinə köklənməyə kömək edən rituallar kimi qəbul olunur.

Publika.az bayram gecəsində üzərinizdə hansı əşyaların olmasının vacibliyi barədə əlumatları toplayıb.

Ezoteriklər və xalq ənənələrini araşdıran mütəxəssislərin əvvəlki proqnozlarına görə, qarşıdan gələn ilin rəmzi detallara xüsusi önəm verən insanlara daha çox uğur gətirir. Yanlış seçilmiş aksesuar və ya boş pul kisəsi növbəti 12 ay ərzində maliyyə durğunluğuna səbəb ola bilər.

Cibə nə qoymaq lazımdır?

Yeni il zəngləri çalınan zaman cibdə pul saxlamaq ən güclü inanclardan biri hesab olunur. Lakin burada məbləğin özü deyil, onun "enerji dəyəri" əsas sayılır. Evdə olan ən iri əsginas. İnanclara görə, bayram gecəsi yanınızda evdə mövcud olan ən böyük pul əsginasını saxlamaq büdcənizi yüksək səviyyəyə kökləyir.

Seçilən
76
publika.az

1Mənbələr