AZ

Kiyev üçün şok ssenari: Putinin iqamətgahına edilən hücum görün nəyə səbəb olacaq

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa Parlamentinin üzvü Fernan Kartayzer hesab edir ki, Rusiya Prezidentinin iqamətgahına pilotsuz uçuş aparatları ilə hücum cəhdi Ukrayna üçün ciddi mənfi nəticələrə səbəb ola bilər.

Globalinfo.az xəbər verir ki, Lüksemburqlu deputat bu barədə RİA Novosti-yə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, Kiyevin belə addımları Ukraynanın strateji mövqeyini zəiflədə, nəticədə isə əlavə ərazilərin itirilməsinə gətirib çıxara bilər.

Kartayzer qeyd edib ki, bu cür hücumlar Ukraynanın gələcək hərbi imkanlarını məhdudlaşdıra və ölkənin diplomatik mövqelərinə mənfi təsir göstərə bilər.

Avropa Parlamentinin üzvü hesab edir ki, yaranmış vəziyyət Ukraynanın mümkün danışıqlardakı rolunu da zəiflədə bilər və xüsusilə Vaşinqtona təsir imkanlarını azalda bilər.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
globalinfo.az

1Mənbələr