AZ

ABŞ Kamboca və Tayland arasında sülh müqavilələrinin həyata keçirilməsini dəstəkləməyə hazırdır

Bakı. Trend:

ABŞ administrasiyası Kamboca və Tayland arasında hərbiəməliyyatların dayandırılması barədə razılaşmaların həyatakeçirilməsinə kömək etməyə hazırdır.

Trend-inməlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin MətbuatXidmətinin rəis müavini Tommi Piqotun yazılı açıqlamasındadeyilib.

"Biz Taylandın 18 Kamboca əsgərini azad etməsini alqışlayırıq vəbunu mehriban qonşuluq münasibətlərinin və etimadın bərpasıistiqamətində müsbət addım hesab edirik. ABŞ 26 oktyabrdaimzalanmış birgə bəyannamədə razılaşdırılmış əsas tədbirləri həyatakeçirməyə davam etdikləri üçün Kamboca və Tayland hökumətlərinidəstəkləməyə hazırdır", - deyə qeyd olunub.

Tommi Piqot vurğulayıb ki, ABŞ Kamboca və Tayland hökumətlərinin27 dekabr sülh müqavilələrinin həyata keçirilməsinə yönəlmişqətiyyətli hərəkətlərini alqışlayır.

Məqalədə:
Seçilən
97
az.trend.az

1Mənbələr