AZ

Bu ölkələr Ukraynaya sülhməramlı göndərməyi təklif ediblər

Böyük Britaniya və Fransa atəşkəsə nəzarət etmək üçün Ukraynada cəbhə xəttində beynəlxalq hərbi kontingentin yerləşdirilməsi planı hazırlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın "Welt" qəzeti diplomatik mənbələrə istinadla məlumat yayıb.

Plana görə, Rusiya ilə sülh bağlanandan sonra ilk altı ay ərzində münaqişə zonasına 10-15 min hərbçi yerləşdirilə bilər. Bu qüvvələr lazım gələrsə, döyüşə biləcək. Yerləşdirmə Ukraynanın dəvəti ilə, hətta BMT və ya Avropa İttifaqının mandatı olmadan da mümkündür.

Kiyev üçün beynəlxalq təhlükəsizlik təminatları ideyası, o cümlədən təmas xəttinin monitorinqi Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatması üçün əvvəllər müxtəlif ssenarilərdə müzakirə olunub. Ukrayna Prezidentinin müşaviri Mixail Podolyak Almaniya və Türkiyənin də kontingent göndərməyə hazır olduğunu bildirib.

Seçilən
20
1
ikisahil.az

2Mənbələr