AZ

Futbolçu Roberto Karlos xəstəxanaya yerləşdirilib

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Türkiyənin “Fənərbağça” klubunun braziliyalı sabiq futbolçusu Roberto Karlos ürək tutması səbəbilə xəstəxanaya yerləşdirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, veteran oyunçunun səhhətinin hazırda stabil olduğu, həyati təhlükəsinin olmadığı bildirilib. Həkimlərin qərarına əsasən, o, bir müddət tibbi nəzarət altında saxlanılacaq.

Roberto Karlos futbol karyerası ərzində İtaliyanın "İnter" və İspaniyanın "Real Madrid" kimi tanınmış komandalarında çıxış edib, Braziliya millisinin heyətində mühüm uğurlara imza atıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
4
sia.az

5Mənbələr