AZ

Roberto Di Matteo: “İtaliya futbolu keçid dövründədir”

“Çelsi”nin keçmiş baş məşqçisi Roberto Di Matteo İtaliya milli komandasının hazırkı oyun səviyyəsi barədə fikirlərini bildirib.

İdman.Biz xəbər verir ki, Di Matteonun fikrincə, İtaliya futbolu keçid dövründən keçir.

“İstedadlı oyunçularımız var, amma A Seriyasında daha çox özünəinam və gənc oyunçular üçün daha çox imkanlara ehtiyacımız var. Milli komandanın ətrafındakı atmosfer yaxşıdır və gələcək ümidverici görünür”.

DÇ-2026-ya vəsiqə uğrunda pley-offun yarımfinalında İtaliya 26 martda Şimali İrlandiyanı qəbul edəcək. “Göylər” qalib gələrsə, 31 martda keçiriləcək pley-off finalında səfərdə Uels - Bosniya və Herseqovina matçının qalibi ilə qarşılaşacaq.

İdman.Biz
Seçilən
105
1
idman.biz

2Mənbələr