AZ

Rövşən Nəcəf: “Xoşbəxt Yusifzadənin vətəni üçün gördüyü işlər əvəzsizdir”

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Xoşbəxt Yusifzadənin vətəni üçün gördüyü işlər əvəzsizdir”.

Bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimində SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışı zamanı deyib.

R.Nəcəf bildirib ki, o, hamımızın müəllimi idi: “Xoşbəxt Yusifzadənin təkcə Azərbaycanda yox, keçmiş SSRİ-də istənilən geoloji tapıntının altında imzası var. O, dərin savada malik insan idi. Onun üçün cavabı olmayan sual yox idi. Azərbaycanın bugünkü iqtisadi dirçəlişinin əsasında duran ulu öndərin neft strategiyasının formalaşmasında Xoşbəxt Yusifzadənin də rolu var idi. Onun vətəni üçün gördüyü işlər əvəzsizdir. Hamımızın başı sağ olsun”.//oxu.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
baku.ws

1Mənbələr