...Eldar Ryazanovun rejissorluğu ilə çəkilmiş “Taleyin ironiyası və ya həmişə təmizlikdə” (1975) adlı sovet filmi Britaniyanın "The Guardian" qəzetinin Yeni il gecəsi izləniləcək ən yaxşı filmlər siyahısına daxil edilib.
..."Evlənmək üzrə olan Moskva həkimi Jenya (Andrey Myaqkov) içki məclisindən sonra səhvən Leninqrada uçan təyyarəyə minir.
Sovet memarlığının monotonluğu üzündən o, kövrək Nadyanın (Barbara Brılska) şıltaq nişanlısı İppolitlə (Yuri Yakovlev) görüşdüyü eyni ünvandakı mənzildə sərxoş halda yuxuya gedir...
SİA-nın məlumatına görə, Britaniya qəzeti filmin süjetini ümumiləşdirir. Qəzet qeyd edir ki, sevgi hekayəsi "çoxlu vəhşi dönüşlər edir", Jenya və Nadya isə "slavyan melanxoliyasını alovlandırır, tez-tez gitara çıxarır və Mikael Tariverdiyevin heyrətamiz mahnılarından birini ifa edirlər.Ən yaxşı siyahıya aşağıdakılar daxildir:
-"Mənzil" (1960, rejissor Billi Uaylder);
-"Ölü şairlər cəmiyyəti" (1989, rejissor Peter Ueir);
-"Qəribə günlər" (1995, rejissor Ketrin Biqelou);
-"Üzüklərin rəbbi" trilogiyası (2001-2003, rejissor Peter Cekson);
-"Gün batımı bulvarı" (1950, rejissor Billi Uaylder);
- "Parıldayan" (1980, rejissor Stenli Kubrik);
- "Poseydon macərası" (1972, rejissor Ronald Nim);
-"Radio dövrü" (1987, rejissor Vudi Allen);
-"Tətil" (1938, rejissor Corc Kukor);
-"Yeni iliniz mübarək!" (1973, rejissor Klod Leluş);
-"Xəyal sapı" dramı (2017, rejissor Pol Tomas Anderson);
- "Harri Salli ilə görüşəndə..." adlı Amerika komediyası (1989, rejissor Rob Reyner).
Nazlı Almuradova