Bakı. Trend:
Səhmlərdən tutmuş kriptovalyutalara və qiymətli metallara qədərbazarların sürətlə inkişaf etməsi fonunda dünyanın ən varlı 500insanının sərvəti 2025-ci ilə qədər rekord həddə - 2,2 trilyondollar artıb.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyininmilyarderlər İndeksində qeyd olunub.
Məlumata əsasən, onların ümumi kapitalı 11,9 trilyon dollaraçatıb.
Artımın təxminən dörddə biri Amerika şirkətinin həmtəsisçisi vəən böyük səhmdarı Oracle (ORCL) Larri Ellison, "Tesla" şirkətininbaş direktoru İlon Mask, "Google"un həmtəsisçisi Larri Peyc və"Amazon"un qurucusu Jeff Bezos da daxil olmaqla səkkiz nəfərinpayın düşüb.
"Bloomberg" agetliyi ilin sonuna qədər ən uğurlu milyarderlərkimi L.Ellisonu (xalis sərvəti 249,8 milyard dollar, illik gəliri57,7 milyard dollar), İ.Maskı (622,7 milyard dollar və 190,3milyard dollar), Avstraliyalı iş adamı Cina Raynhartı (37,7 milyarddollar və 12,6 milyard dollar), eləcə də ABŞ prezidenti DonaldTrampı və ailəsini (6,8 milyard dollar və 282 milyon dollar) qeydedib.