"Santos" mçusu Neymarla müqaviləni uzadıb.
QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
O bildirib ki, ulduz futbolçunun yeni sözləşməsi 2026-cı ilin dekabrına kimidir. Neymarın Braziliya klubu ilə əvvəlki müqaviləsi 2025-ci il dekabrın 31-dək idi.
Qeyd edək ki, Neymar noyabr ayında San-Paulu şəhərində tibbi müayinədən keçmiş və onda menisk zədəsi aşkarlanmışdı. Buna baxmayaraq, o, Braziliya çempionatının 37-ci turunda “Juventude”yə qarşı oyunda (3:0) meydana çıxaraq 3 qol vurub. Həmin qələbə “Santos”un elitada qalmasını təmin edib.
Mövsümün yekununda “Santos” 47 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 33 yaşlı Neymar mövsüm ərzində 28 oyunda iştirak edib və 11 qol vurub.