Tədqiqatçılar Amazon meşələrinin hazırda hipertropik vəziyyətə daxil olduğu barədə xəbərdarlıq edirlər.
Moderator.az bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir.
Məlumatlar göstərir ki, bölgədə onmilyonlarla ildir belə proses görülməyib.
Elm adamları qeyd edirlər ki, yeni, daha isti iqlimin 2100-cü ilə qədər bölgədə adi hala çevriləcəyi və əsrin sonuna qədər tropik meşələrin daha şiddətli quraqlıqlardan əziyyət çəkəcəyi gözlənilir. Alimlərin fikrincə, bu iqlim dəyişikliyi kütləvi ağac məhvinə səbəb olacaq. Amazonda kütləvi ağac məhvi isə öz növbəsində planetimizin atmosferdən karbon qazını udmaq qabiliyyətini zəiflədəcək.
Tədqiqat müəlliflərinin sözlərinə görə, Amazonun yeni iqlim vəziyyətinə keçməsinin qarşısını almağın yeganə yolu istixana qazı tullantılarını azaltmaqdır.