AZ

Jorindən Rusiya etirafı: Heç bir şansımız yoxdur!

2025-ci ildə döyüş meydanındakı vəziyyət xeyli dəyişdi. Ən çətin problem ruslar tərəfindən fiber-optik dronların geniş yayılması ilə bağlı idi.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusundan polkovnik-leytenant Maksim Jorin deyib.

O etiraf edib ki, hazırda bu cür dronlara qarşı qəti şəkildə effektiv həll yolu yoxdur.

Jorin həmçinin düşmən (Rusiya) taktikasının kəskin şəkildə dəyişdiyini qeyd edib.

"Söhbət düşmən qruplarının qüvvələrimizin ön cəbhəsi ilə əlaqə qurmadan belə arxa cəbhəyə nüfuz etməsindən gedir. Daha sonra düşmən toplanır, logistikanı kəsir və müdafiə sistemini məhv edir. Bu, Ukrayna ordusu üçün çox çətin vəziyyət yaradır", - deyə o bildirib.

Jorin gələn ilin asan olmayacağını proqnozlaşdırır.

"Daimi dəyişikliklərə uyğunlaşmalı və təkmilləşməli olacağıq, əks halda şansımız olmayacaq”.

Seçilən
29
1
bakivaxti.az

2Mənbələr