AZ

Evlərini kirayə verən şəxslərdən vergi tutulacaq

Bakı. Trend:

Bu gündən fiziki şəxslərə məxsus yaşayış sahələrinin(mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşməvasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindənəldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faizdərəcə ilə vergi tutulacaq.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Qanuna əsasən, icarə (kirayə) haqqı vergi ödəyicisi kimi uçotdaolmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə (kirayəyə) verənözü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq14 faiz (icarəyə münasibətdə) və ya 10faiz (kirayəyə münasibətdə) dərəcə ilə vergini ödəyəcək vəvergi uçotuna alınıb bəyannamə verəcək.

Məlumat üçün bildirək ki, daha əvvəl icarə haqqı vergi ödəyicisikimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyəverən özü və ya onun təyin etdiyi vergi agenti 14faiz dərəcə ilə vergini özü ödəyir və vergi uçotuna alınıbbəyannamə verirdi.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.

Seçilən
64
41
az.trend.az

10Mənbələr