AZ

Rus səfir Paşinyana hədə mesajı verdi - "Tramp marşrutu mane olacaq"...


Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvanın “Tramp Marşrutu" ətrafındakı posesləri yaxından izlədiyini deyib.

"İndiyə qədər yalnız bu möhtəşəm adı eşitmişik. Bildiyimiz qədəri ilə onun həyata keçirilməsi üzrə praktiki işlər hələ başlamayıb. Mövqeyimiz bu təşəbbüs konkret forma aldıqdan sonra formalaşdırılacaq. Bundan əlavə, "Tramp Marşrutu" Ermənistanın AİB-ə üzvlüyünə təsir göstərə bilər, çünki respublikadan malların keçməsi, digər məsələlərlə yanaşı, Avrasiya İttifaqının qanunu ilə tənzimlənir. Bu məsələ ilə bağlı erməni tərəfdaşlarımızla əsaslı məsləhətləşmələrə hazırıq” – səfir bildirib.

Bu sahədə irəliləyişin Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə əldə edilən üçtərəfli razılaşmalara əsaslandığını iddia edən səfir bildirib ki, Rusiya Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasını daim müdafiə edib.

"Biz inanırıq ki, müvafiq proseslər regiondakı bütün maraqlı ölkələrin və onların qonşularının maraqlarını nəzərə almalıdır", - deyə Kopırkin bildirib.

TAHİR

Seçilən
104
baki-xeber.com

1Mənbələr