AZ

Natavan Röya Ayxan və Elnarə Xəlilovadan danışdı: “Mümkün deyil“

Müğənni Natavan Həbibi bir zamanların məşhur musiqi qrupu olan W-Trio haqqında maraqlı açıqlamalar verib.

“Yeni Sabah”lm xəbərinə görə, “Qonaqcanlı” verilişində danışan ifaçı bildirib ki, qrup üzvlərinin yenidən bir araya gəlməsi çətindir:

“Bizim üçümüzün arasındakı münasibət çox çətindir. Bu soyuqluq var demək deyil. Sadəcə olaraq hamı öz yolu ilə gedir. Heç kəs qrup haqqında düşünmür. O hissi çoxdan itirmişik. Əsas uzaqlaşan da mənəm. Aramızdakı yoldaşlıq davam edir. Lakin mən qrup halında səhnədə davam edə biləcəyimizi düşünmürəm”. 

Qeyd edək ki, Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnarə Xəlilova W-Trio-da birgə çıxış ediblər. Qrup dağıldıqdan sonra üçlü ilk dəfə 2024-cü ildən, 2025-ci ilə keçən Yeni il gecəsində AzTV-nin bayram şənliyində bir araya gəlmişdilər.


Telegram kanalımız
Seçilən
47
2
yenisabah.az

3Mənbələr