AZ

Neymar yeni klubu bəlli oldu

"Santos"un ulduz hücumçusu Neymar da Silva Santos Junior Braziliya klubu ilə yeni müqavilə imzalayıb. SİA-ya xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, 33 yaşlı cinah yarımmüdafiəçisi ən azı 2026-cı ilin dekabrına kimi klubda çıxış edəcək. Futbolçunun Braziliya klubu ilə hazırkı müqaviləsi 2025-ci il dekabrın 31-dək qüvvədə olub.

Bu mövsüm futbolçu Braziliya liqasında klub üçün 20 oyun keçirib, 8 qol vurub və iki məhsuldar ötürmə edib.

"Transfermarkt"ın məlumatına görə, hücumçunun transfer dəyəri 10 milyon avrodur.

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
42
4
sia.az

5Mənbələr