İngiltərənin "Brayton" klubu "Borussiya"nın (Dortmund, Almaniya) yarımmüdafiəçisi Paskal Qrossla müqavilə imzalayıb. SİA xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tərəflərin bütün detallarla bağlı razılığa gəldiyi bildirilib. 34 yaşlı futbolçunun "Borussiya" ilə müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulmuşdu.
Qeyd edək ki, 2024-cü ilin yayından Almaniya klubunun formasını geyinən P.Qross 2025/2026 mövsümündə bütün klub turnirlərdə meydana çıxdığı 16 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" futbolçunun dəyərini 3,5 milyon avro qiymətləndirir.
Müəllif: Ziya Hikmətoğlu