AZ

Daha güclü qayıdacağıq!

ABŞ prezidenti Donald Tramp Milli Qvardiya qoşunlarını ölkənin üç böyük şəhərindən - Çikaqo (İllinoys), Los-Anceles (Kaliforniya) və Portlanddan (Oregon) geri çəkmək qərarını açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social"da paylaşım edib.

Tramp vurğulayıb ki, bu şəhərlərdə cinayətkarlığın azalması yalnız Milli Qvardiya qoşunlarının sayəsində mümkün olub.

"Federal müdaxilə olmasaydı, Çikaqo, Los-Anceles və Portland itirilmiş olardı", - deyə o bildirib.

Amerika lideri vəd edib ki, bu şəhərlərdə cinayətkarlıq yenidən sürətlə artmağa başlayarsa, federal qüvvələr tamamilə fərqli və daha güclü formada geri qayıtmağa hazırdırlar.

Seçilən
80
publika.az

1Mənbələr