Bakı. Trend:
2027-ci il yanvarın 1-dək müddətində kəndtəsərrüfatı məhsullarının (xarici mənşəli balıq məhsullarıistisna olmaqla) topdan və pərakəndə satışı zamanı ƏDVticarət əlavəsindən hesablanan verginin məbləği hesab ediləcək.
Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən,Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatıməhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindənhesablanan verginin məbləğidir.
2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatıməhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışızamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesabedilir.
Qanuna əsasən, Vergi Məcəlləsinin kənd təsərrüfatı məhsullarınınistehsalı və satışı ilə bağlı müddəaları balıqçılığa (balıqkürüsünün istehsalı istisna olmaqla) da şamil ediləcək.
Emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisnaolmaqla, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslərtərəfindən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıqməhsulları Vergi Məcəlləsinin məqsədləri üçün kənd təsərrüfatıməhsullarına bərabər tutulacaq.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.