Yanvarın 6-dan etibarən Parisdə Avropa ölkələri Ukraynanı müdafiə etmək öhdəliyini götürəcəklər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
"Avropa müdafiəsi uzun müddətdir müzakirə mövzusu olub. Bu proses artıq başlayıb və 2026-cı ildə sürətlənəcək. 6 yanvarda Parisdə bir çox Avropa dövləti və müttəfiqləri Ukraynanı müdafiə etmək və qitəmizdə ədalətli və davamlı sülhü təmin etmək üçün konkret öhdəliklər götürəcəklər", - Makron bildirib.