BAKI, 1 yanvar. TELEQRAF
Transfermarkt portalı indiki vəziyyətə görə dünyanın ən bahalı yarımmüdafiəçilərinin reytinqini tərtib edib.
Teleqraf xəbər verir ki, siyahının ilk pilləsində “Real Madrid”in və İngiltərə millisinin üzvü Cud Bellinqem durur.
“Kral klubu”nun 22 yaşlı futbolçusunun transfer dəyəri 160 milyon avro olaraq qiymətləndirilir.
Reytinqdə ikinci pillədə “Barselona”nın 23 yaşlı ispan yarımmüdafiəçisi 140 milyon avro dəyəri olab Pedri yer alıb.
İlk üçlüyü isə 130 milyon avro ilə “Bavariya”nın 22 yaşlı futbolçusu Camal Musiala tamamlayır.
Sonrakı pillələrdə Koul Palmer (“Çelsi”), Deklan Rays (“Arsenal”) və Federiko Valverde (“Real”) qərarlaşıb. Onların transfer dəyəri 120 milyon avrodur.