AZ

Neymar “Santos”la yeni müqavilə uzatdı

“Santos”un hücumçusu Neymar klubla yeni müqavilə imzalayıb.

İdmanxeber.az xəbər verir ki, daha əvvəl 33 yaşlı futbolçunun 1 yanvar 2026-cı ildə komandadan ayrılacağı iddia olunsa da, tərəflər yeni razılaşma əldə edib.

Yeni müqavilə 2026-cı ilin dekabrına qədər qüvvədə olacaq.

Qeyd edək ki, braziliyalı ulduz 2025-ci ilin yanvarında “Əl-Hilal”dan azad agent kimi “Santos”a keçmişdi. Neymar cari mövsüm bütün turnirlərdə 30 oyunda 11 qol və 4 assistlə yadda qalıb.

Seçilən
49
idmanxeber.az

1Mənbələr