AZ

Tramp yeni ildə dünya sülhü üçün səy göstərəcəyini vəd edib

ABŞ Prezidenti Donald Tramp yeni ildə dünyada sülhün bərqərar olması üçün səy göstərmək niyyətindədir.

O, bu barədə jurnalistlərə Mar-a-Laqo malikanəsində ziyafətin əvvəlində bildirib.

Yeni il öncəsi özünə hər hansı söz verib-vermədiyini soruşduqda Vaşinqton administrasiyasının rəhbəri belə cavab verib: “Bəli, var. Yer üzündə sülh”.

Tramp ABŞ-ın Ukraynaya qoşun göndərməyə hazır olub-olmaması və ya Mərkəzi Kəşfiyyat İdarəsinin Venesuelaya hücumda rolu ilə bağlı suallara cavab verməyib. Tramp sadəcə gülümsəyib və jurnalistlərə “Təşəkkür edirəm” deyib.

MənbəREPORT
Seçilən
36
3
banker.az

7Mənbələr