ain.az, Qol.az portalına istinadən məlumat yayır.
FIDE 2026-cı ilin ilk reytinqini açıqladı
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı ilin ilk reytinq cədvəlini açıqlayıb.
QOL.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. O, 2730 xalla 19-cu pillədə qərarlaşıb.
Teymur Rəcəbov (2692) 35-ci, Rauf Məmmədov (2645) 76-cı, Eltac Səfərli (2644) 78-ci sıradadır. Aydın Süleymanlı isə bu dəfə lk 100-lükdən kənarda qalıb. O, 26 28 xalla 101-ci yerdə qərarlaşıb.
Kişilərin siyahısına norveçli Maqnus Karlsen (2840) başçılıq edir. Qadın şahmatçılardan isə reytinq cədvəlində çinli Hou İfan (2613) liderdir.
Azərbaycanın qadın şahmatçılarından Ülviyyə Fətəliyeva (2434) 27-ci, Günay Məmmədzadə (2390) 53-cü, Gövhər Beydullayeva (2364) 77-ci, Xanım Balacayeva isə (2351) 90-cı yerdədir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.