Ağsu, 1 yanvar, Rəşad Türkoğlu
Ağsuda qətl hadisəsi baş verib. Hadisə gecə saatlarında rayonun Çiyni kəndində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd ərazisində yerləşən kafedə 30 yaşlı Nail Əbilov kəsici alətlə qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Şahin Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.
Hadisənin başvermə səbəbləri və təfərrüatları aparılan araşdırmaların sonunda məlum olacaq.