Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki,hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.
İbrahim Novruzovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə xəsarət alan 3 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.