AZ

Polis əməkdaşları azyaşlını belə xilas etdi VİDEO

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Bakının mərkəzi küçələrindən birində baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyada səkisində olan uşağın üzərinə məhəccər aşıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə nəticəsində uşaq ağır xəsarətlərlə yerə yıxılıb və huşsuz vəziyyətdə qalıb.

Hadisə yerindən keçən polis əməkdaşları vəziyyətin son dərəcə ağır olduğunu anlayaraq dərhal müdaxilə ediblər. Polis əməkdaşlarının müşayiəti ilə azyaşlı təcili xəstəxanaya çatdırılıb. Ağır vəziyyətdə, koma halında olan uşaq reanimasiyaya yerləşdirilib, təcili əməliyyat olunub və həyatını xilas etmək mümkün olub.

Hazırda azyaşlının vəziyyəti həkimlərin nəzarəti altındadır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
94
50
cebheinfo.az

10Mənbələr