AZ

“Qarpız” yükünün içərisində narkotik keçirməyə cəhd etdilər - Video

Xüsusilə külli miqdarda narkotik vasitə bu dəfə “qarpız” yükünün içərisində aşkar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə qarpız” yükü aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Kinoloji xidmət iti qarpız olan yeşiklərə  reaksiya verdiyindən yük əsaslı yoxlamaya cəlb edilib.

Bu zaman qutulardakı 12 ədəd qarpızın içərisində gizlədilmiş, xalis təmiz çəkisi 27 kiloqram 845 qram narkotik vasitə-həşiş  aşkar edilib.  

Seçilən
25
32
operativmm.az

10Mənbələr