AZ

Roberto Karlosun vəziyyəti pisləşdi - Xəstəxanaya yerləşdirildi

Braziliya millisinin və "Real Madrid"in sabiq müdafiəçisi Roberto Karlos əməliyyat olunub.

Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb. 

Mənbənin məlumatına görə, braziliyalı futbolçu ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilib. Onun ayaq damarında tıxanma aşkarlandıqdan sonra cərrahi müdaxiləyə ehtiyac duyulub.

Üç saat davam edən əməliyyat uğurlu keçib. Xəstəxanadan əfsanəvi futbolçunun həyatının təhlükədə olmasığı bildirilib.

Seçilən
54
fanat.az

1Mənbələr