İsveçrənin xizək kurortları ilə tanınan Krans-Montana bölgəsində gecə klubunda baş verən partlayış çoxsaylı insanın ölümünə səbəb olub.
Publika.az İsveçrənin "Blick" qəzetinə istinadən xəbər verir ki, xizək kurortları ilə məşhur olan Krans-Montana şəhərindəki gecə klubunda Yeni il şənlikləri zamanı naməlum səbəbdən şiddətli partlayış baş verib. Nəticədə çoxlu sayda insan ölüb, onlarla insan yaralanıb.
Gecə klubunda yerli vaxtla saat 01:30 radələrində güclü partlayış, ardınca yanğın baş verdiyi bildirilib. İlkin məlumatlara görə, yanğın konsert zamanı istifadə edilən fişəng və ya pirotexniki materiallardan qaynaqlana bilər.