2026-cı ilin ilk qız uşağı dünyaya gəlib.
Moderator.az xəbər verir ki, körpə yanvarın 1-i gecə saat 00:40 radələrində TƏBİB-in nəzdindəki Şamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyaya gəlib.
Körpənin cinsi qız, çəkisi 3 kq.200 qramdır. Doğuş təbii yolla baş tutub. Hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.
Qeyd edək ki, körpə 2001-ci il təvəllüdlü ananın üçüncü övladıdır.
