AZ

Xizək mərkəzində partlayış - 40 ölü, 100 yaralı var - Yenilənib

İsveçrənin Kran-Montana dağ-xizək kurortundakı barda baş verən partlayış nəticəsində təxminən 40 nəfər ölüb..

Bu barədə "Le Nouvelliste" qəzeti məlumat yayıb.

Məlumata görə, azı 100 nəfər yaralanıb. /"Report"

***

Alp dağlarında yerləşən dəbdəbəli xizək kurortu şəhərciyi Krans-Montanada bir barda baş verən partlayış nəticəsində çox sayda insan həyatını itirib.

Poliqon xəbər verir ki, bu barədə İsveçrə polisi açıqlama yayıb.

 
Məlumata görə, İsveçrənin məşhur Krans-Montana xizək mərkəzində Yeni il qeyd edənlər böyük faciə yaşayıb.

2026-cı il yanvarın 1-də gecə yarısından sonra, təxminən saat 01:30 radələrində "Le Constellation" adlı iki mərtəbəli barda hələlik müəyyən edilməyən səbəbdən güclü partlayış baş verib. Partlayışdan sonra binada genişmiqyaslı yanğın yaranıb.

Valais kanton polisinin sözçüsü Gaëtan Lathion hadisə zamanı insan tələfatının olduğunu təsdiqləyib.

Şahidlərin və hadisə yerində olan tibb işçilərinin bildirdiyinə görə, onlarla ağır yaralı və ölən var. (APA)

Poliqon.info

Seçilən
50
12
poliqon.info

10Mənbələr