Afrika Millətlər Kubokunda qrup mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, 3-cü turun oyunlarından sonra 1/8 finala yüksələn bütün komandaların adları bəlli olub.
Pley-offda mübarizəni davam etdirəcək 16 komanda aşağıdakılardır:
Mərakeş, Mali, Misir, Cənubi Afrika, Nigeriya, Tunis, Seneqal, Konqo, Əlcəzair, Burkina Faso, Fil Dişi Sahili, Kamerun, Benin, Sudan, Mozambik və Tanzaniya.
Beləliklə, 1/8 cütləri müəyyənləşib:
Seneqal - Sudan
Mali - Tunis
Mərakeş - Tanzaniya
Cənubi Afrika - Kamerun
Misir - Benin
Nigeriya - Mozambik
Əlcəzair - Konqo
Burkina Faso - Fil Dişi Sahili
1/8 final oyunları yanvarın 3-5-i aralığında keçiriləcək.
Afrika Millətlər Kuboku dekabrın 21-də start götürüb və 18 yanvarda başa çatacaq.