AZ

TƏBİB-in tabeliyindəki tibb müəssisəsində 2026-cı ilin ilk körpəsi doğulub

TƏBİB-in nəzdində fəaliyyət göstərən tibb müəssisəsində 2026-cı ilin ilk körpəsi dünyaya gəlib.

Doğru.az xəbər verir ki, bu barədə məlumat TƏBİB tərəfindən açıqlanıb.

Bildirilib ki, yanvarın 1-i saat 00:40 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında bir qız uşağı doğulub. Körpənin çəkisi 3 kiloqram 200 qramdır.

Doğuş təbii yolla həyata keçirilib. Hazırda həm ananın, həm də yenidoğulmuşun vəziyyətinin stabil olduğu qeyd olunub.

Məlumata görə, körpə 2001-ci il təvəllüdlü ananın üçüncü övladıdır.

DOĞRU.AZ

Seçilən
83
dogru.az

1Mənbələr