AZ

Dollar və avro tarix olur? Yeni valyutanın tarixi açıqlandı

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Böyük Britaniyada özünü ekstrasens və astroloq kimi təqdim edən Selina Avalon qlobal iqtisadiyyatla bağlı təəccüblü proqnozları ilə diqqət çəkib. 

Avalon iddia edir ki, funt-sterlinq, dollar və avro gələcəkdə tamamilə yox ola, onların yerini vahid rəqəmsal dünya valyutası tuta bilər. 

"Cebheinfo.az" Britaniya mətbuatına istinadən xəbər verir ki, proqnozlarını hər il öz platformasında paylaşan Avalon blog yazısında yeni il və sonrakı dövr üçün proqnozlarını sadalayıb. 

Bunlar arasında ən təəccüblü proqnoz dünya maliyyə sisteminin köklü transformasiyaya uğrayacağı iddiasıdır. Avalon qlobal iqtisadiyyatla bağlı proqnozunu "Yeni bir dünya valyutası görürəm. Bu, rəqəmsal dünya valyutası olacaq" sözləriylə təsvir edib. 

Bu valyutanın mövcud sistemi əvəzləyəcəyini iddia edən Avalon deyib:

"O, dolları, funt-sterlinqi, avronu və bu gün bildiyimiz bütün valyutaları əvəz edəcək". Məşhur ekstrasens bu transformasiyanın qısa müddətdə baş verməyəcəyini, lakin gözləniləndən daha tez başlaya biləcəyini bildirib. 

Avalonun sözlərinə görə, yeni rəqəmsal valyuta sistemi yaxın 5-10 il ərzində tətbiq olunacaq və üstəlik, bu proses eyni vaxtda bütün dünyada başlamayacaq".  Avalon yeni sistemin əvvəlcə müəyyən bölgələrdə tətbiq olunacağını, sonra tədricən qlobal miqyasda yayılacağını bildirib. Avalonun digər təəccüblü iddiası yeni rəqəmsal valyutanın adı ilə bağlıdır. 

Ekstrasens bu valyutanın Roma tanrısı və ya ilahəsinin adını daşıyacağını irəli sürüb. Lakin o, hansı adın olacağı barədə ətraflı məlumat verməyib. Avalonun sözlərinə görə, bu maliyyə transformasiyası yalnız valyutaların dəyişməsi demək deyil. 

Ekstrasens milli pul sistemlərindən uzaqlaşmaqla vahid rəqəmsal alternativə birləşdiriləcəyini və bunun mərkəzi bankların, hökumətlərin rollarını kökündən dəyişdirəcəyini iddia edib. O, bu yeni sistemin qlobal maliyyə böhran və mərkəzi banklarla bağlı problemlərin həll yolu kimi təqdim edilə biləcəyini irəli sürüb. 

Nigar 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
1
cebheinfo.az

2Mənbələr