AZ

29-31 dekabr tarixlərində paytaxtdan bölgələrə 25000-dən çox sərnişin daşınıb

Bakı. Trend:

Ölkənin bütün avtovağzal və avtostansiyaları dekabrın 29-dangücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Trend xəbər verir ki,gücləndirilmiş rejimin üç günü ərzində Bakı Beynəlxalq AvtovağzalKompleksindən (BBAK) müxtəlif istiqamətlərdə həyata keçirilən 838reyslə 25 046 sərnişin daşınıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçünəlavə olaraq 200-dən çox reys həyata keçirilib.

Sərnişinlərin 60%-i biletlərini onlayn qaydada “biletim.az” portalındanəldə edərək BBAK-dan ölkənin müxtəlif istiqamətlərinə səfərlərinireallaşdırıb. Bu da onlayn bilet satışında rekord göstərici hesabolunur.

Paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çoxolduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən“biletim.az”portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur.

Seçilən
151
37
az.trend.az

10Mənbələr