AZ

Nyu-York meri Mamdani and içdi

Associated Press agentliyinin verdiyi məlumata görə, Zöhran Mamdani rəsmi olaraq Nyu-York şəhərinin yeni meri kimi and içib.

Doğru.az xəbər verir ki, andiçmə mərasimi hazırda fəaliyyətini dayandırmış Old City Hall metro stansiyasında qapalı qapılar arxasında keçirilib.

Mamdani Nyu-York şəhərinin ilk müsəlman meri olub və o, and içərək vəzifəsinin icrasına başlayıb. Agentlik onun sözlərini sitat gətirir: “Bu, həqiqətən də bir ömür boyu şərəf və imtiyazdır.”

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl Zöhran Mamdaninin Nyu-Yorkun merliyi üçün gözəl namizəd olduğunu bildirmişdi.

DOĞRU.AZ

Seçilən
52
dogru.az

1Mənbələr