AZ

Almaniyada 2 nəfər fişəng patladarkən öldü

ain.az bildirir, 525.az portalına istinadən.

Almaniyada yeni il gecəsi bir neçə bədbəxt hadisə ilə yadda qaldı.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan ən faciəvi olanı 2 nəfərin fişəng patladarkən həyatlarını itirməsidir.

Hadisə Bilefeld şəhərində baş verib. 18 yaşlı 2 gənc əldəqayırma fişəngi partladarkən üzlərindən ağır xəsarət alıblar. Gənclərdən biri yerindəcə keçinib. Digəri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Ağır xəsarətlərlə müşahidə olunan bənzər hadisələr ölkənin bir neçə şəhərində də yaşanıb. Məsələn, Reddelihdə 14 yaşlı uşaq, Berlində isə 5 nəfər pirotexniki vasitələrin partlaması üzündən ağır xəsarətlər alıblar. Leypsiqdə isə əlində partlayan fişəng 16 yaşlı qızın 2 barmağını qoparıb.

Almaniyada pirotexniki vasitələrin istifadəsi qanunla qadağandır. Yalnız 2 gün - 31 dekabr və 1 yanvarda onların istifadəsinə icazə verilib. 

Qeyd edək ki, bu icazələr üzündən keçən il Almaniyada 5 nəfər pirotexniki vasitələ üzündən həyatını itirib.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
525.az

1Mənbələr