Xəbər verdiyimiz kimi, müğənnilər Vəfa Şərifova ilə Afət Fərmanqızı arasında qalmaqal davam edir.
Milli.Az bildirir ki, Afət sosial şəbəkə hesabında paylaşım edərək, qarşı tərəfin ona iftira atdığını iddia edib:
"Mənə böhtan atır ki, ərim hamamdan müğənni xanıma yığıb, deyib sənə 5 min verirəm, hamama gəl. Başına gələn özündən misal çəkər axı... Sən deyildin ki, deyən, evimi satıb, o kişiyə vermişəm. Səni niyə başa salan yoxdur ki, kişiyə pul vermək olmaz. Qadın niyə verməlidir ki? Pulu olmayan kişi necə ödənişlə müğənni çağıra bilər? Deməli, bu, iftiradır. Ailə üzvlərini az söydür. Deyib ki, bu kişi əvvəl imkanlı idi, müğənni olmağıma dəstək olub. İndi yoxudur, başına hadisə gəlmişdi, evimi satıb verdim ki, işlərini həll etsin, sonra qaytarar. O vəziyyətə düşən adam 5 minə müğənni çağıra bilməz".
Sənətçinin "odlu-alovlu" açıqlaması qalmaqalı daha da böyüdüb.
Musa
Milli.Az