AZ

“Neftçi”nin baş məşqçisi, “Qarabağ”ın iki hücumçusu - 2026 onların ili olacaq?

2026-cı il Çin təqviminə görə “At ili” olacaq.

Astroloqlar bu ili sürətli qərarlar, cəsarətli addımlar və kəskin dəyişikliklərlə xarakterizə edirlər.

Beynəlxalq astroloji portallar və iqtisadi yönümlü nəşrlərin yazdığına görə, bu il passivliyi sevmir.

Bu dövr daha çox hərəkət edən, risk alan və təşəbbüs göstərən insanlar üçün uğurlu sayılır.

Xüsusilə karyera, biznes və şəxsi inkişaf sahəsində yeni başlanğıcların artacağı proqnozlaşdırılır.

Astroloji proqnozlara əsasən, “At ili” maliyyə baxımından da dinamik keçə bilər. Bəzi bürclər üçün gözlənilməz gəlir imkanları, karyera yüksəlişi və yeni qazanc mənbələri ön plana çıxır. Lakin ekspertlər sürətli gəlirlə yanaşı, planlama və məsuliyyətin də vacibliyini xatırladır.

Hazırda Premyer Liqada məşqçilik edən və top qovanlar arasında “At ili”ndə dünyaya gələnlərin sayı az deyil. 2026-cı ilin səbəbkarlar üçün uğurlu alınacağı gözlənilir.

Kimdir onlar?

Futbolçulardan Həzrət İsayev, Ezekiel Morqan (hər ikisi “İmişli”), Abdulla Rzayev, Fərid Yusifli (hər ikisi “Turan Tovuz”), Əli Abdullayev, İmanii Barker, Samuel Durrant (hamısı “Karvan-Yevlax”), Yusif İmanov, Veysəl Rzayev (hər ikisi “Kəpəz”), Kamillo Duran, Musa Qurbanlı (hər ikisi “Qarabağ”), Rüfət Əhmədov (Qəbələ), Murad Məmmədov, Alessio Kurçi (hər ikisi “Neftçi”), Rustam Samiqullin (Sabah), Abdullahi Şuaybu (Şamaxı), Stefan Aka, Eldar Quliyev (hər ikisi “Zirə”).

Baş məşqçilərdən isə yalnız “Neftçi”nin çalışdırıcısı Yuri Vernidub 1966-cı – “At ili”ndə dünyaya gələnlərdir.

Görək 2026-cı il adları çəkilənlər üçün nələrlə yadda qalacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
32
sportinfo.az

1Mənbələr