Nyu-Yorkun yeni seçilmiş meri Zöhran Mamdani yeni ilin ilk saatlarında xüsusi bir mərasimdə əlini "Qurani Kərim"in üzərinə qoyaraq and içib.
Publika.az xəbər verir ki, ABŞ-ın ən böyük şəhərlərindən biri olan Nyu-Yorkda Erik Adamsın istefasından sonra çoxdan gözlənilən mer seçkiləri başa çatdı.
Nyu-Yorkun yeni seçilmiş müsəlman meri Zöhran Məmdani Nyu-York tarixində andiçmə mərasimində "Qurani Kərim"ə and içən ilk mer oldu. Məmdani əl ilə yazılmış "Quran" nüsxəsinə and içəcək.
Qeyd edək ki, şəhər üçün yeni bir dövr vəd edən Zöhran Mamdaninin andiçmə mərasimi Nyu-Yorkun ilk metro xəttinin bir hissəsi olan və 1904-cü ildə açıldıqdan sonra 1945-ci ildə sərnişin axınına bağlanan "Old City Hall" metro stansiyasında baş tutub.