AZ

​Ərsoy Türkiyədəki məşhur narkomanların adlarını açıqladı

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Narkotik istifadə etdiyi üçün həbs olunan Habertürk televiziyasının baş redaktoru Mehmet Akif Ərsoyun istintaqa verdiyi ifadələr Türkiyəni qarışdırıb.

Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, jurnalist birlikdə narkotik istifadə etdiyi türkiyəli məşhurların adlarını açıqlayıb. Məlum olub ki, qardaş ölkədə xeyli sayda tanınmış incəsənət və mədəniyyət xadimi, idmançı, məmur və iş adamı pis vərdişlərin alüdəçisidir.

“Ərsoy narkotik istifadə etdiyini danmayıb, amma özünün buna şərait yaratdığına dair ittihamları rədd edib. Qatıldığı məclislərdə masada narkotik olduğunu bildirib. Həmin məclisləri kimin təşkil etdiyini incəliklərinə qədər istintaqa açıqlayıb”, - “Sözcü” qəzeti yazıb.

Məhkəmə jurnalistin etiraflarını səmimi qəbul etmədiyi üçün onun polis nəzarətinə verilməsinə dair vəsadətini rədd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
2
bakivaxti.az

3Mənbələr