Azərbaycanda oynayan 2 legioner deportasiya olunub.
Sportinfo.az prosport.az-a istinadən xəbər verir ki, bunlar I Liqa klubunda çıxış edən Afrika əsilli Fransa vətəndaşlığı olan əcnəbi futbolçulardır.
Belə ki, "Cəbrayıl"da çıxış edən 20 yaşlı Seneqal əsilli qapıçı Matiss Morvill və 22 yaşlı sol cinah vingeri Noa Lobedir.
Hər iki əcnəbi sentyabrın 1-də komanda ilə müqavilə bağlamışdı.
Onlar Dövlət Miqrasiya Xidməti tərəfindən 400 manat cərimələnib. Həmin cərimə ödənilmədiyi üçün futbolçular deportasiya olunublar.
"Şahdağ Qusar"ın ötən ay transfer etdiyi 18 yaşlı qanalı Kvaku Adcey də deportasiya oluna bilərmiş. Lakin ona görə klub tərəfindən cərimə ödənilib və futbolçunun deportasiya olunmasının qarşısı alınıb.